Əfqanıstanın paytaxtı Kabilin Daş-i Barçi bölgəsində “Sərhədsiz Həkimlər”in fəaliyyət göstərdiyi xəstəxanaya silahlı və bomba hücumu edilib. 

Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat katibinin müavini Merve Amini mətbuata açıqlamasında təcavüzkarların Kabilin Daşt-i Barçi rayonundakı xəstəxanaya silahlı hücum etdiyini söyləyib.

Hücum nəticəsində azı 8 dinc sakin həlak olub, yaralıların da olduğu deyilir. Əfqanıstan təhlükəsizlik qüvvələri xəstəxanada qalanları təxliyə etməyə çalışdığı ifadə olunub. İlkin məlumatlara əsasən, binada təxminən 140 nəfər qalıb.

Həmçinin də, təcavüzkarların xəstəxananın yeni doğulmuş hissəsində təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya girdiyini ifadə edən Amini, qarşıdurmanın davam etdiyini bildirib. 

Amini bölgəyə çox sayda təhlükəsizlik işçisinin göndərildiyini də qeyd edib. 


Bildirək ki, “Sərhədsiz həkimlər”in fəaliyyət göstərdiyi xəstəxananın yeni doğulmuş hissəsində bir neçə xarici həkim işlədiyi öyrənilib.