Cənubi Amerika ölkəsi Braziliyada son 24 saat ərzində 530 nəfər koronavirusundan həyatını itirib.
Unikal.org ölkələrdə və bölgələrdə COVID-19 ilə əlaqəli yeni hadisələr haqqında məlumatların tərtib edildiyi “Worldometer” saytına istinadən xəbər verir ki, COVID-19 səbəbiylə ölənlərin sayı 11 min 653-ə yüksəlib.
Braziliyada COVID-19 pandemiyasına yoluxanların sayı son sutkada 6 min 895 artaraq 169 min 594-ə çatıb.
210 milyon əhalisi olan Braziliya, Latın Amerikasında COVID-19 epidemiyasından ən çox təsirlənən ölkədir.
Bölgədə ilk COVID-19 və virusla əlaqəli ölüm hadisəsi də Braziliyada meydana gəlib.