Çində 5 günlük rəsmi tətildən sonra baş verən yeni yoluxma xəbərləri, epidemiyada "ikinci dalğa" narahatlığını artırıb. 

Unikal.org xəbər verir ki, ölkənin şimalındakı Şulan şəhərində 14 yeni koronavirusa yoluxma halı aşkar edilib. 

Belə ki,  məlumata görə, Şulan şəhərində yayılan virusun qadından ötürüldüyü aşkarlanıb. Bildirilib ki, 45 yaşlı qadın polis idarəsinin camaşırxana şöbəsində işləyib. Səlahiyyətlilər qadının necə yoluxduğunu araşdırır.

Beləliklə, antipiretik təsiri olan qrip dərmanlarının eczanələrdə satılması qadağan edilib, ictimai nəqliyyat dayandırılıb. Bununla da, Çinli rəsmilərin açıqlamasına görə, “ikinci dalğa”nın olacağına narahatlığı bir o qədərdə artırıb. 

Bundan əlavə,  virusun mərkəzi Uhanda 8 aprel tarixində şəhərdə karantin rejimi ləğv edilib, aprelin sonunda COVID-19 xəstəsinin olmadığı açıqlanıb. 

Qeyd edək ki, Şulanda aşkar olan virusdan sonra 11 milyon əhalisi olan şəhərdə təxminən 5 milyon insanın sınaqdan keçirildiyi təxmin edilir. Qalan 6 milyon insanın da sınanacağı gözlənilir.