Qananın Tema şəhərində balıq emalı fabrikində işləyən bir işçi, fabrikdə 533 nəfərə koronavirus virusunu yoluxdurub. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Qana prezidenti Nana Akuffo-Addo, Tema şəhərindəki balıq emalı fabrikində işləyən və 533 fəhlənin koronavirus testi müsbət çıxdığını açıqlayıb. 

Epidemiyanın fabrikdə necə yayıldığı və lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü hələ dəqiq məlum deyil. 

Koronavirusa yoluxmuş fəhlələrdən biri təmasda olduğu digər işçilərə bu virusu yoluxdurub. 

Qeyd edək ki, may ayının sonuna qədər Qanada ictimai toplantılara qadağa qoyulsa da, ibtidai və orta məktəb və universitetlərin bağlanmağa davam edəcəyi bildirilib. Qanada koronavirus səbəbiylə yoluxanaların sayı 4 min 70-ə,  ölənlərin sayı sə  22-yə çatıb.