Estoniyanın Tartu Universitetinin alimləri koronavirusun mutasiyaya uğramış iki unikal ştammını  aşkarlayıblar.

Unikal.org xəbər verir ki, universitetin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, sözügedən ştammlar yalnız Estoniyada müşahidə olunub: “Çində aşkarlanan mutasiyalarla müqayisədə Estoniyada bir çox yerdə tapılan 8 mutasiya ilə yanaşı yalnız bu ölkədə  görülən 2 unikal mutasiya da aşkarlanıb”.

Bildirilir ki, iki mutasiya olunmuş ştamm ölkədə 6 xəstədə aşkarlanan koronavirusun genom ardıcıllığının öyrənilməsi zamanı müəyyən olub.

Qeyd edək ki, Tartu Universitetinin bionformatika mütəxəssisi Aare Abroy təhlil edilən bütün ştammların “SARS-CoV-2” virusunun A2a qrupuna aid olduğunu bildirib.

Onun yayılmasının Şimali İtaliya ilə əlaqəli olduğu və əsasən Avropada yayıldığı bildirilib.