Pakistanda koronavirus (COVID-19) pandemiyasına yoluxanların sayında artım müşahidə olunub.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində virus səbəbiylə 18 nəfərin ölümü ilə ölənlərin sayı 724-ə, yoluxanalrın sayı isə daha 733 nəfər artaraq 32 min 674- ə yüksəlib. 

Belə ki, ölkədə son 24 saat ərzində aparılan 10 min 957 test nəticəsində 733 nəfərə koronavirus diaqnozu qoyulub. 

Qeyd edək ki, fevralın 26-dan Pakistanda koronavirus pandemiyasının ilk yoluxmasından bəri  8555 nəfər sağaldı.