İranda koronavirusa (COVID-19) qarşı görülən tədbirlər çərçivəsində bağlanan məktəblərin mayın 16-da açılacağı bildirilib. 

Unikal.org istinadən məlumat verir ki, İranın rəsmi agentliyi İRNA-nın verdiyi xəbərə görə, Təhsil naziri Muhsin Hacı Mirzayi, COVID-19 tədbirləri çərçivəsində bağlanan təhsil müəssisələrinin 72 gündən sonra yenidən açılacağını bildirib. 

Məktəblərdə maska, əlcək istifadəsinin və sosial məsafədən istifadə qaydasının məcburi hala gətirildiyini deyən Mirzayi, “Mayın 16-da məktəblərin yenidən açılması və bütün heyət və müəllimlərin bu tarixdəki kurslarda yaşanan qeyri-müəyyənlik və problemlərlə əlaqədar olması qərara alındı” deyə ifadə edib. 

Televiziya və internet mühitində aparılan təhsilin epidemiya səbəbiylə davam edəcəyini söyləyən Mirzayi, distant təhsil problemi olmayan şagirdlərin məktəbdə olması lazım olmadığını, ancaq bütün müəllimlərin məktəbdə olmalarının tələb olunduğunu söyləyib.

Qeyd edək ki, ölkədə virus fevralın 19-da İranda koronavirusa ilk yoluxma hal aşkar edildikdən sonra, fevralın 23-də bəzi bölgələrdə təhsil kəsilib və 5 Martda ölkə daxilində bütün məktəblər bağlanılıb.