Yerevanda Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirilir.

Unikal.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya iştirakçıları ölkədə kredit təşkilatlarının yüksək faiz dərəcələrinə etiraz edirlər.

Qeyd olunur ki, aksiyanın təşkilatçısı Manuel Manukyan Mərkəzi Bankın düzgün işləmədiyini deyib. Onun sözlərinə görə, hətta büdcənin icrası barədə hesabat da düzgün təqdim olunmur:

"Bütün hüquq-mühafizə orqanlarına müraciət edirəm. Bildirirlər ki, kənd təsərrüfatı sahəsinə 300 milyon yönəldilib, amma əslində belə bir şey yoxdur. Bu vəsait fırıldaq yolu ilə kommersiya banklarının mülkiyyətinə çevrilib. Bu haqda faktlarım var”.