Meksikada daha 108 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 573-ə çatıb. Son sutka ərzində 305 yeni yoluxma faktının aşkarlanması ilə Meksikada koronavirusa yoluxanların sayı 36 327-ə yüksəlib.

Qeyd edək ki, sözü gedən ölkədə virusa ilk yoluxma faktı 28 fevralda, ilk ölüm halı isə 19 mart tarixində baş vermişdi.