ABŞ-da son sutka ərzində daha 1 931 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 81 987-ə çatıb. Eyni zamanda son gün ərzində 18 342 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, koronavirusun ən geniş yayıldığı ölkə olan ABŞ-da yoluxanların sayı 1 387 499-a yüksəlib. Qeyd edək ki, sözü gedən ölkədə indiyə qədər 262 225 nəfər müalicə olunaraq koronavirusdan sağalıb.