Türkiyənin 507 vətəndaşı ölkə xaricində koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib. XİN rəhbəri bildirib ki, 400-dən çox vətəndaşın cənazəsi vətənə gətirilib.

Xaricdə olan və Türkiyəyə dönmək istəyən vətəndaşların təxliyəsinin davam etdiyini deyən Çavuşoğlu vurğulayıb ki, bu günədək 110 ölkədən 65 mindən çox şəxs geri qaytarılıb.

Nazir, həmçinin bəzi xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının da Türkiyəyə gətiriləcəyini qeyd edib.