Ağ Evdə koronavirusla bağlı yeni qərar qəbul edilib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, artıq Ağ Evə gedən bütün jurnalistlər binaya daxil olmazdan öncə koronavirus testindən keçəcəklər. Bu qərar ölkə prezidenti Donald Tramp və köməkçisi Mayk Penslə yaxın təmasda olan işçilərdə koronavirusun aşkarlanmasından sonra qəbul edilib.

Qeyd edək ki, pandemiyanın yeni başladığı dövrdə  Ağ Evə gələn jurnalistlərin sayı azaldılmışdı.