Fransada son sutka ərzində daha 348 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 991-ə çatıb. Bildirilib ki, Fransada hal-hazırda 21 595 aktiv koronavirus xəstəsi var.

Son gündə isə 670 yeni yoluxma faktı aşkarlanıb. Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyasaı Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.