İtaliyada son sutka ərzində daha 1402 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 220 mini keçib.

Unikal.org xəbər verir ki, bu günədək ölkədə 221 216 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 172 nəfər artaraq ümumilikdə 30 911 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 109 039 xəstə sağalıb.