ABŞ-da son gün ərzində yeni koronavirusa yoluxanaların və ölənlərin sayı  açıqlanıb.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir, son sutka ərzində ölkədə 1 203 nəfər  virusun qurbanı olub. 

Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 82 min 010 nəfərə çatıb. Son sutka ərzində COVID-19-a yoluxanların sayı daha 19 min030 nəfər artıb. Bununla da ölkədə koronavirus xəstələrinin sayı 1 388 137-yə çatıb.

ABŞ əvvəlki kimi dünyanın koronavirusdan ən zərər çəkmiş ölkəsi olaraq qalır. Virusa ən çox yoluxma və ölüm Nyu-Yorkda, Nyu-Cersidə və İllinoysda qeydə alınıb.

Bildrək ki, Nyu-Yorkda COVID-19-a 347 151 nəfər yoluxub, 27 mindən çox insan pandemiyanın qurbanı olub. Nyu-Cersidə 141 137 nəfərdə koronavirus aşkarlanıb, İllinoysda bu göstərici 79 007 nəfər təşkil edir.

İndiyə kimi Birləşmiş Ştatlarda təhlükəli virusdan 262 321 amerikalı sağalıb.