Venesuela prezidenti Nikolas Maduro ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə fövqəladə vəziyyətin daha bir ay uzadılmasına dair qərar qəbul etdiyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verirki,  venesuelalı lider bu qərarı əhalini qorunması istiqmətində həyata keçirilən tədbir adlandırıb.

Xatırladaq ki, Venesuela hökuməti martın 13-də ölkədə koronavirus infeksiyasına ilk iki yoluxma hadisəsi barədə məlumat verib və həmin gün fövqəladə vəziyyət rejimi tətbiq edilib. Martın 17-də N.Maduro respublika daxilində karantinin tətbiq edilməsi barədə qərar elan edib. Mayın 12-nə olan məlumata görə ölkədə COVİD-19 virusuna 423 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.