Ukraynada son sutkada daha 402 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Səhiyyə Nazirliyi bildirib.

Məlumatda, ölkədə yoluxma faktlarının sayı 16 425-ə çatıb. Ukrayanada daha 14 nəfər koronavirusun qurbanı olub. Ölkə üzrə virusdan ölənlərin sayı 439-a yüksəlib.

Qeyd edək ki, indiyədək 3 716 pasiyent koronavirusdan sağalıb.