Boliviyanın müvəqqəti hökuməti ölkə Prezident Janin Anyesin fərmanı əsasında əhalinin sağlamlığına təhdid olan və ya mənfi təsir göstərən istənilən məlumatın yayılmasının qanunla cəzalandırılacağı dekreti təsdiq edib.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, Boliviya hökuməti bu tədbirin kiçik qrupların pandemiya dövründə sülhü sarsıtmaq səylərinin qarşısının alınması üçün zəruri olduğunu bildirib.

Prezident Administrasiyasının rəhbəri Yerko Nunyes, “Prezidentin fərmanı heç bir şəkildə söz azadlığına zidd deyil, xüsusən də jurnalistlərə münasibətdə. Burada söhbət əhalinin sağlamlığına təhdid olan və ya mənfi təsir göstərən, qeyri-müəyyənlik yaradan istənilən yazılı, çaplı, bədii və ya digər formalı məlumatdan gedir” deyə açıqlama verib. 

Qeyd edək ki, bu fərman həm Boliviyada, həm də beynəlxalq təşkilatların nümayəndələri tərəfindən kəskin tənqid olunub.