Son 24 saat ərzində Çində 7 yeni koronavirusa (COVID-19)  yoluxma halı qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada, Jilin şimal-şərq əyalətində 6, ölkənin ən böyük şəhəri Şanxayda 1  yoluxma halının  olduğu bildirilib. 

Açıqlamada, ölkə daxilində 104 adamın müalicəsinin davam etdiyi də qeyd edilib. 

Qeyd edək ki, Çində COVID-19 yoluxanların  sayı 82 min 926-ya yüksəlsə də, epidemiya səbəbiylə 4 min 633 adam həyatını itirib.