İran Ordusunun sözçüsü Şahin Takihani, İranın Konarek hərbi gəmisinin Fars körfəzi yaxınlığındakı dəniz manevri əsnasında ölkənin donanmasına vurduğu iddialarının həqiqəti əks etdirmədiyini söyləyib. 

Unikal.org istinadən xəbər verir ki, İran hərbi saytı “aja.ir” -ə danışan Takihani, Konarek hərbi gəmisinin İran dəniz donanması tərəfindən vurulduğuna dair iddiaları təkzib edərək “Bu və buna bənzər sözlərin hadisəyə heç bir aidiyyəti yoxdur. Ölkədəki yerli mətbuatımız bu cür hadisələrə üstünlük verməməlidir” deyə ifadə edib. 

Hadisənin qəza olduğuna işarə edən Takihani, qəzasının hər cəhətdən araşdırıldığını bildirib. 

Xatırladaq ki, İran mediası 10 may Bazar günü İran Hərbi Dəniz Qüvvələri Fars körfəzindəki manevr zamanı təsadüfən ölkənin hərbi gəmisini vurduğunu və onlarla insanın öldüyünü açıqlamışdı. 

İran hərbi qüvvələri Bazar ertəsi günü hadisənin Konarek hərbi gəmisinin bir qəza olduğunu, 19 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını, lakin qəzanın təfərrüatlarını paylaşmadığını söyləyib.