Estoniyada koronavirusa yoluxanların sayı 1 751 nəfərə çatıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Səhiyyə Departamenti bildirib.

Estoniyada son sutkada daha 5 yoluxma hadisəsi qeydə alınıb. Ölkə üzrə pandemiyadan 61 pasiyent ölüb.

Qeyd edək ki, Estoniya Nazirlər Kabinetinin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 17-dək uzadılıb.