Rusiyada son bir gündə 10 028 nəfərə koronavirus diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 242 min 271 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 96 nəfər artaraq 2 min 212-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 48 003 nəfər sağalıb.

Qeyd edək ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb.