Türkiyənin Ərzincan şəhərində koronavirus pandemiyası səbəbiylə 65 yaşdan yuxarı şəxslərə tətbiq olunan komendant saatını pozan şəxs cəzalandırılıb. 

Unikal.org xəbər verir ki,  Bulanik kənd sakini 65 yaşlı Müslüm Toprak adlı şəxs göbələk toplamaq üçün getdiyi meşədə tarazlığını itirərək yıxılıb. 

Hadisə nəticəsində ayağını sındıran Müslüm Toprakın köməyinə təcili tibbi yardım və polislər gəlib. 

Belə ki, qruplar tərəfindən xilas edilən  65 yaşlı Toprak komendant saatını pozduğuna görə polis tərəfindən 3 min 150 lirə dəyərində cərimə tətbiq edilib.