İranda koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı son 24 saatda 50 nəfər artaraq 6 min 783-ə çatıb.

Unikal.org istinadən xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saatda COVID-19 səbəbiylə ölkədə daha 50 nəfərin öldüyünü və 958 yeni yoluxma halının aşkarlandığını açıqlayıb. 

Beləliklə, Cihanpur, ölkədə ümumi itkinin 6 min 783-ə yüksəldiyini və yoluxanların sayının 112 min 725-ə çatdığını qeyd edib.