Polşa Senatı sədrinin müavini Stanislav Karçevski istefa verərək koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün həkim işləyəcəyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, vitse-spikeri Stanislav Karçevski həkim işləmək üçün parlamentdəki vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Bu gündən Senat sədrinin müavini vəzifəsindən istefa verib öz peşəmə qayıdıram. Ancaq siyasətdən getmirəm”, deyə o bildirib.

Qeyd edək ki, sədr müavini ixtisasca cərrah-həkimdir. O, Pilisa və Silezsk voyevodalığında həkim işləyəcək: “Canavarı meşə çəkir. Özümü balıq özünü suda hiss edən kimi hiss edirəm. Dostlar məni çox yaxşı qarşıladı”.

Bildirək ki, Polşada 17 062 nəfər koronavirusa yoluxub, 847 nəfər ölüb. 

Polşa sərhədlərinə nəzarəti və xarici ölkə vətəndaşlarının ölkəyə giriş qadağasını iyunun 12-dək uzadıb.