Şimali Koreya lideri Kim Çen In naməlum səbəbdən yenə yoxa çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri 12 gün ərzində yenə ictimaiyyət qarşısında görünməyib.

ABŞ administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayn Kim Çen Inın ictimaiyyətdə sonuncu dəfə görünməsini əks etdirən fotonu şərh edərək, “Bəlkə o, həqiqətən zavodlarında lentləri kəsir, ancaq fotoların həqiqi olub-olmadığını müəyyən edə bilmirik” deyə bildirib. 

Qeyd edək ki, Mayın 2-də Kim Çen Inın zavod açılışında lent kəsməsi ilə bağlı fotoları yayılmışdı. Xəstəliyə dair şayiələrin əksinə olaraq, Şimali Koreya lideri fotoda sağlam görünüb.

Aprelin 15-də Kim Çen In babası, KXDR-in qurucusu Kim Ir Senin doğum gününü təbrik etmədi. Bu səbəbdən onun mümkün ölümü və ya xəstəliyi haqqında şayiələr yayıldı. Şimali Koreyanın liderinin ayaq üstə dayana, normal gəzə bilməməsi və ya vegetativ vəziyyətdə olması ehtimallar irəli sürülmüşdü.