ABŞ-da son gün ərzində daha 1 481 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 83 491-ə çatıb. Eyni zamanda son sutkada 22 031 yeni yoluxma faktı aşkarlanıb. 

Beləliklə, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 1 410 168-ə yüksəlib. Ölkədə indiyə qədər 298 593 nəfər müalicə olunaraq virusa qalib gəlməyi bacarıb.