Rusiyanın təhsil naziri Valeri Falkov koronavirus xəstəliyinə yoluxub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı  ölkə başçısı Vladimir Putin açıqlayıb.

Bildirilib ki, V.Falkov prezidentin müşavirəsində koronavirusa yoluxduğunu açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin, Mədəniyyət naziri Olqa Lyubimova və İnşaat naziri Vladimir Yakuşev, V.Putinin sözçüsü Dmitri Peskov koronavirusa yoluxub.