İtaliyada son sutka ərzində daha 130 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 32 616-ya çatıb. Aktiv koronavirus xəstələrinin sayı isə 59 322-ə düşüb.
Ümumiyyətlə, İtaliyada 228 658 nəfər "Covid-19"a yoluxub. Onlardan 136 720 nəfəri müalicə olunaraq sağalıb.