İran 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi üçün Qətərə kömək etməyə hazır olduğunu bildiirib.

Unikal.org xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Qətər əmiri Təmin bin Həməd Al Sani ilə telefon danışığı zamanı deyib.

İran prezidenti yarışın daha uğurlu təşkilində kömək üçün hazır olduqlarını söyləyib.

Qeyd edək ki, DÇ-2022 21 noyabr-18 dekabr aralığında Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.