Rusiyadan erməni qadağası
12:47 28-11-2012
İQTİSADİYYAT
Rusiyadan erməni qadağası
Əslində bu Azərbaycana zərbədir
Rusiya Federal Miqrasiya Xidmətinin Ermənistandakı nümayəndəliyi açıqlama yayaraq, bu ölkənin vətəndaşlarından daimi yaşamaq üçün Rusiyaya köçməklə bağlı ərizə qəbulunu dayandırdığını bəyan edib.
Rusiya Miqrasiya Xidməti Ermənistanda "Soydaşların köçü" adlı proqram həyata keçirib. Proqram çərçivəsində Ermənistan vətəndaşlarına köçkün statusu və Rusiyada işləmək imkanı verilib.
2006-cı ildən fəaliyyət göstərən proqramın məqsədi Rusiyanın az məskunlaşmış yaşayış məntəqələrini MDB ölkələrinin vətəndaşları hesabına məskunlaşdırmaq olub. Ermənistanın baş naziri Tiqran Sarkisyan proqramı "qəbuledilməz" adlandırıb.Maraqlıdır, Rusiyanın bu addımının arxasında hansı siyasi maraqlar dayanır? Bununla bağlı ekspertlər bir neçə məqama üstünlük verirlər. Məsələn, bildirilir ki, bu ilin ilk doqquz ayı ərzində Ermənistandan müxtəlif nəqliyyat vasitələri ilə qaçan və bir daha geri qayıtmayan sərnişinlərin sayı 97 min nəfər təşkil edib. Bu da ermənilərin kütləvi şəkildə Ermənistandan qaçmasından xəbər verir.
Erməni KİV-lərinin məlumatına görə, bu məlumatlar Ermənistan Dövlət Miqrasiya Xidməti tərəfindən də qeydə alınır. Xidmətin rəhbəri Qaqik Eqanyan bildirib ki, ölkəni tərk edənlərlə bağlı hələlik şərh vermək istəmir. Xatırladaq ki, ötən il 44 min Ermənistan Respublikası vətəndaşının bu ölkədən qaçdığı və bir daha geri qayıtmadığı bildirilirdi.Başqa bir maraqlı rəqəm isə Türkiyə ilə bağlıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlər gərgin olsada indinin özündə 30 min erməni qeyri-rəsmi şəkildə Türkiyədə yaşayır. Ekspertlər bildirir ki, axır bir neçə ay ərzində ermənilərin Rusiyaya axını yenidən aktivləşibmiş və iş o yerə çatıb ki, artıq Ermənistanda əhali azalması faciəvi hal kimi dəyərləndirilib. Buna görə də köçün qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlərə start verilib. Buna görə də Ermənistan rəhbərliyi Rusiyadan köçün qarşısını almaq xahişi edib və buna start verilib. Amma ekspertlər bildirir ki, bu hal heç də yaxşı hal deyil və Rusiya bu addımını digər dövlətlərə, o cümlədən azərbaycanlılara da şamil edəcək. Yəni ilk növbədə qərar veriləcək ki, azərbaycanlıların da Rusiyaya yaşamağa gəlməsi yasaqlansın və bundan sonra, qeyri-rəsmi yaşayan azərbaycanlılarında ölkədən çıxması təmin edilsin. Belə bir addımın atılması sözsüz ki, Ermənistanın maraqlarına cavab verir. Çünki Ermənistanda əhali kəskin şəkildə azalıb və azalmaqda da davam edir. Azərbaycana gəldikdə isə hazırda 2 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır və onların ölkəyə qaytarılması Azərbaycanda ciddi sosial partlayış yarada bilər. Ən azından ona görə ki, qısa müddətdə 2 milyonluq işsizlik ordusunun yaranması o deməkdir ki, 4 milyona qədər şəxs də yoxsulluq həddinə düşəcək. Bunu da qeyd edək ki, Rusiya artıq bu istiqamətdə müəyyən işlərə başlayıb. Məsələn, yaxın aylarda Rusiya miqrantlarla bağlı qəbul etdiyi qanunun tətbiqinə başlayacaq. Bu qanuna görə isə rus dilini bilməyən şəxslər ölkədən çıxarılacaq. Deməli azərbaycanlılarında böyük hissəsi ölkədən qovulacaq. Bununla yanaşı aydın olub ki, son 6 ay ərzində Rusiyada skinxedlər, yəni millətçilərdə kifayət qədər aktivləşib və bunlara dövlətin loyal yanaşması var. Elə bir neçə ay öncə ultra millətçilərə Moskvada icazəli mitinq keçirtməyə icazənin verilməsi buna əyyani misaldır. Məhz bu aksiyadan sonra azərbaycanlılara qarşı törədilən cinayətlərin də sayı artmağa başladı. Müşahidəçilər bütün bunları əsas gətirərək bildirir ki, əslində Rusiyanın Ermənistana qoyduğu bu qadağanın ağır zərbəsi elə azərbaycanlılara dəyəcək. Bunu da qeyd edək ki, bir neçə il öncə eyni proses gürcülərə qarşıda baş verdi və Gürcüstan bir neçə il bunun fəsadlarından xilas ola bilmədi. Ekspertlər buna görə hesab edir ki, Azərbaycan təcili olaraq bu istiqamətdə ciddi addımlar atmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00