“Sərnişinlərimiz əmin ola bilər ki, səfər ərəfəsində onların təhlükəsizliklərinin təminatı üçün tədbirlər görülüb”.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu deyib.
O bildirib ki, Türk Hava Yolları (THY) yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar uçuşlarını dayandırdıqdan sonra bu gün ilk dəfə İstanbuldan Ankaraya aviareys təşkil edilib.
Həmçinin də, A.Karaismayıloğlu 6 hava limanına “Pandemiya tədbirləri və sertifikatlaşdırma” sənədi verildiyini qeyd edib.