İsrailin baş naziri Binyamin Netanyahu özünə və ailəsinə qarşı ölüm təhdidləri aldıqdan sonra polisə şikayət ərizəsi ilə müraciət edib.
Unikal.org xarici KİV-əistinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində məlumat verib.
Baş nazirin sözlərinə görə, iyunun 1-də o, naməlum şəxsin cinayəti necə törədəcəyi yazılmış növbəti təhdid mesajını alıb.
Xatırladaq ki, B.Netanyahunu ötən ilin noyabr ayında da “Facebook”dan təhdid edirdilər. Həmin zaman o, polisdən dərhal istintaq başlatmağı istəmişdi.