Əfqanıstanda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 mülki vətəndaş həlak olub, 6 nəfər yaralanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam Kunduz əyalətinin Xan Abad dairəsində baş verib.
Partlayış “Taliban” radikal hərəkatının nəzarətində olan bölgədə qeydə alınıb.
“Taliban” hələlik hadisəyə münasibət bildirməyib.