İranda koronavirusa yoluxanların sayı yenə artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ölkədə daha 3 117 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 157 562-yə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 64 nəfər artaraq 7 942 nəfərə yüksəlib.
O həmçinin 2 565 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 123 077 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.