ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkədə başlayan iğtişaşlar genişlənməyə davam edir.
Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyalarında polislər və vətəndaşlar arasında münaqişələr baş verir. Las Veqas ştatında etiraz aksiyasının keçirilməsinə mane olmağa çalışan polislərdən biri başından vurularaq öldürülüb.
Eyni zamanda 4 polisin də yaralandığı bildirilib.