Türkiyənin Ankara şəhərində sosial məsafə qaydalarına əməl olunaraq namaz qılındığı zaman imamın telefonunu oğurlayıblar.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Çankaya rayonunda baş verib.
Məscidin girişində bir müddət camaatı nəzərdən keçirən şəxs imamın otağına girərək, onun telefonunu oğurlayıb.
Bu hadisə anbaan kameraya düşüb.