Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel ABŞ-da dinc etirazçıların tələblərini haqlı hesab etdiyini açıqlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, C.Borel qeyd edib ki, bu hadisə hüquq-mühafizə orqanları əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir.
O bildirib ki, Aİ ABŞ xalqının birləşərək “cəmiyyətin yaralarını müalicə etmək” qabiliyyətinə inanır.