UEFA koronavirus səbəbiylə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının formatında və yerində dəyişiklik edə bilər.
Unikal.org “Mundo Deportivo”ya istinadən xəbər verir ki, turnirlər 1/4 final mərhələsindən “8-lər finalı” formatında keçirilə bilər. Bu zaman yarışların mərhələləri bir oyun formatında baş tutacaq. Mövsümün qalan oyunları 7-10 gündən bir oynanıla bilər.
Turnirlərin qalan bütün oyunlarının Lissabonda keçirilməsi nəzərdə tutulur.
Daha əvvəl ali futbol qurumunun Çempionlar Liqasının qalan oyunlarını turnirin finalının keçiriləcəyi İstanbulda baş tutmasını müzakirə edirdi. Lakin Türkiyədə pandemiya ilə bağlı narahatlıq davam etdiyindən, final matçı da daxil olmaqla, qalan bütün oyunların başqa ölkədə keçirilməsinin müzakirə olunduğu bildirilir.
UEFA sözügedən turnirlərlə bağlı yekun qərarı iyunun 17-də açıqlayacaq.