Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü münasibətilə televiziya filmi ərsəyə gətirilib.
Unikal.org xəbər verir ki, qanlı Stalin repressiyasının ən gənc ziyalı qurbanlarından olan M.Müşfiqə həsr olunmuş film “Bəraət: №1109” adlanır.
Ekran işində nakam şairin acı taleyi, repressiya qurbanı olaraq seçilməsinin səbəbləri gözlər önünə sərilib.
Film 22:00-da İctimai Televiziyada yayımlanacaq: