Suriyanın Qamışlı şəhərində terrorçu kamikadze özünü partladıb.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət teleqraf agentliyi bildirib.
"Kamikadze özünü Qamışlıda, Xelku ərazisində partlatdı. Zərərçəkən yoxdur", - agentlik yazıb.
“Şam” FM radiostansiyası isə öz növbəsində mənbələrinə istinadən bildirib ki, terror aktı nəticəsində bir neçə insan həlak olub, həmçinin dinc əhali arasında da yaralananlar var.