Dağlıq Qarabağda yeni növ koronavirus infeksiyasına (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.
Unikal.org-un "news.am"a istinadən verdiyi xəbərə görə, bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların ümumi sayı 64 nəfərə çatıb.
Bildirilib ki, virusa yoluxanlardan ümumilikdə 41 nəfər sağalıb. Hazırda 77 nəfər özünütəcrid rejimindədir.
Xəstəlikdən ölüm halı qeydə alınmayıb.