Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargah daxili və beynəlxalq uçuşlarla bağlı brifinq keçirir.
Unikal.org-un verdiyi xəbərə görə, mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva jurnalistlərin suallarını cavablandırır.