Millət vəkili Ülvi Quliyev 15 iyun Milli Qurtuluş Günü ilə bağlı video-çarx paylaşıb.
Unikal.org xəbər verir ki, millət vəkili facebook hesabında Azərbaycan dövlətinin tarixində ən vacib günlərdən biri,Milli Qurtuluş Günü kimi qeyd olunan 15 iyun müstəqil Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olduğunu qeyd edib:
“Ümummilli lider Heydər Əliyevin cəsarətli dövlətçilik və qüsursuz siyasəti nəticəsində Azərbaycan Respublikası beynəlxalq səviyyədə inkişaf edən ölkəyə çevrildi .
15 İyun - Milli Qurtuluş Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ulu öndər Heydər Əliyevi hörmətlə anıram!”