“Hazırda Ermənistanda koronavirusla bağlı vəziyyətin nəzarətdən çıxdığını görürük. Azərbaycanda vəziyyət nisbətən sabitdir”.
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa deyib.
Millət vəkili vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:
“Ən azı bu problemin ölkəmizdə nəzarətdən çıxmadığını müşahidə edirik. Ölüm sayına görə Azərbaycanda koronavirusla mübarizə Ermənistandan yaxşı mənada öndədir. Ümid edək ki, bu proses davam edəcək. Əhalinin məsuliyyətindən çox şey asılı olacaq. Əgər vətəndaşlarımız qaydalara əməl etsə problemlərimiz az olacaq. Ölkəmizin koronavirusla mübarizə istiqamətində gördüyü işlər daha effektiv olacaq”.
Murad İbrahimov