“Ermənistan koronavirusla mübarizədə Azərbaycandan geridə qalır. Faktı bu virusdan dünyasını dəyişənlərin statistikası deyir”.
Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.
Millət vəkili qeyd edib ki, erməni xisləti bu virusdan betərdir:
“Ermənistanda ən böyük koronavirus Paşinyandır. Ermənilərin koronavirusları onların daxilindəki xislətləridir. Onların qonşulara, türklərə nifrət hissi bu virusdan betərdir. Onlar özlərini hamıya qarşı qoyur, özlərindən faciə uydururlar. Bu amillər elə ermənilərin xəstəliyidir. Bu amillər koronavirusdan də pisdir”.
Millət vəkili vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıb:
“Hər kəs üzərində məsuliyyət hiss eləməlidir. Bizim cəmiyyət ona alışmayıb. Son həftələr bəzi şəhərlərdə karantin tətbiq olundu. Küçələrdə heç kəsi görmədik. Zamanla insanlar məsuliyyətli olmağa çalışırlar. Rayonlara getmək istəyənlərə də qismən sərbəstlik tətbiq olunsa yaxşı olar”.
Famil Fərhadoğlu