Vaşinqton  ştatının (ABŞ) Universitetinin alimləri ömrü uzatmağa imkan verən faktorları aşkar ediblər. 

Unikal.org-un məlumatına əsasən, müvafiq araşdırmalar “International Journal of Environmental Research and Public Health” jurnalında dərc olunub.

Onlar müəyyən ediblər ki, insanın həyatının sürəkliliyinə yalnız genlər deyil, həmçinin yaşayış mühiti də təsir göstərir.

Alimlər tədqiqat zamanı 2011-2015-ci illər arasında dünyasını dəyişmiş 75 və daha yuxarı yaşı olan 145 min insanın yaşayış yeri, təhsili və sosial mövqeyini araşdırıblar.

Onlar müəyyən ediblər ki, yüz yaşdan yuxarı ölənlərin əksəriyyəti havanın çirklənmə səviyyəsinin aşağı olduğu ərazilərdə yaşayıblar və piyada çox gəziblər. Alimlər, həmçinin yüksək sosial status olan yerlərdə yaşıllığın bol olduğunu qeyd ediblər.