İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 120 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 392 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2615 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 200262 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 159 192 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 833 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.