Məşhur ispaniyalı yazıçı Karlos Ruis Safon dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, onun vəfatı barədə "Planet" nəşriyyat evinin "Twitter" səhifəsində qeyd edilib. Müasir novella dünyasının tanınmış siması Los-Ancelesdə 56 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.

O, 1964-cü ildə Barselonada dünyaya gəlib. Yazıçı "Küləyin kölgəsi", "Mələklərin oyunu" romanları ilə şöhrət qazanıb.