ABŞ rəhbərliyi, Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin keçmiş idarəçisi olan, narkotik ticarəti ilə günahlandırılan Solarte və Arango haqqında məlumat gətirən insanlara mükafat verəcəyini açıqlayıb. 

Unikal.org xəbər verir ki, ABŞ Dövlət Katibi Mayk Pompeo, mətbuata verdiyi açıqlamada Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş müdirləri olan, “İsa Santrich” ləqəbli Seuxis Hernandez-Solarte və “İvan Markes” ləqəbli Luciano Marin Arango haqqında məlumat gətirən insanlara 10 milyon dollara qədər mükafat veriləcəyini bildirib.  

Daha sonra Pompeo çıxışı zamanı, “Hər iki şəxs sülh prosesini tərk edən və narkotik ticarəti ilə bağlı uzun tarixə sahib olan FARC-nin iki keçmiş rəhbərləridir” deyə ifadə edib.